Bakının mərkəzində piyadaların yol hərəkəti qaydalarını kobud şəkildə pozmasını əks etdirən görüntülər yayılıb.
Referans Media xəbər verir ki, görüntülərdə 3 nəfərdən ibarət piyada qrupunun keçiddən istifadə etməyərək, avtomobillərin sürətlə hərəkət etdiyi zolaqdan keçməyə çalışdığı aydın görünür. Sürücünün vaxtında reaksiyası və tormoz verməsi sayəsində ehtimal olunan ağır yol-nəqliyyat hadisəsinin qarşısı son anda alınıb./Ajans.az/
