Avqustun ortalarından sentyabrın sonuna qədər göy üzündə baş verən astroloji hadisələrin bəzi bürclərin şəxsi həyatına təsir edəcəyi iddia olunur.
Referans Media xəbər verir ki, astroloji şərhlərə görə, sözügedən dövr münasibətlər, sevgi və ailə qurmaq baxımından bir sıra bürclər üçün daha aktiv keçə bilər. Xüsusilə münasibətlərində ciddi qərarlar vermək istəyən və evlilik haqqında düşünən şəxslər üçün bu müddətin diqqətçəkən olacağı bildirilir.
Bu dövrdə Dolça, Tərəzi, Şir və Oğlaq bürclərinin evlilik və ciddi münasibətlər baxımından daha əlverişli təsirlərlə qarşılaşacağı proqnozlaşdırılır.
Tərəzi bürcü üçün münasibətlərdə balans və sabitlik ön plana çıxa bilər. Subay Tərəzilər yeni tanışlıqlara, münasibətdə olanlar isə əlaqəni daha ciddi mərhələyə keçirməyə meylli ola bilərlər.
Dolça üçün gözlənilməz tanışlıqlar və münasibətlərdə yeni başlanğıclar gündəmə gələ bilər. Bu bürcün nümayəndələri uzun müddətdir düşündükləri bir münasibətlə bağlı qərar verə bilərlər.
Şir bürcündə sevgi və diqqət mövzuları aktuallaşa bilər. Mövcud münasibəti olan Şirlər üçün evliliklə bağlı söhbətlərin gündəmə gəlməsi mümkündür.
Oğlaq isə daha çox sabitlik və gələcəklə bağlı qərarlara fokuslana bilər. Münasibəti olan Oğlaqlar üçün ailə qurmaq məsələsi əvvəlkindən daha ciddi şəkildə gündəmə gələ bilər.
