Arvadından polisə şikayət etdi: döyülürmüş… backend

Arvadından polisə şikayət etdi: döyülürmüş… 

Sabirabadda 37 yaşlı kişiyə xəsarət yetirilib.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Referans-a bildirilib ki, Sabirabad şəhər sakini 1988-ci il təvəllüdlü Mirzə Musayev dünən saat 21 radələrində DİN-in “102 Xidməti-Zəng Mərkəzinə” müraciət edərək, həyat yoldaşının ona taxtadan olan məişət əşyası ilə xəsarət yetirdiyini bildirib.

Ona xəsarəti ilə bağlı xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki