Astarada elektrik xətləri 4 baş mal-qaranı tələf etdi -VİDEO

Astaranın Əzərüd kəndində yüksək gərginlikli elektrik dirəyinin aşması nəticəsində 4 baş iribuynuzlu heyvan tələf olub.

Referans Media  APA TV-yə istinadən xəbər verir ki, elektrik xətləri kənd sakini Sona Rəşidovaya məxsus mal-qaranın üzərinə düşüb.

Zərərçəkən hadisə nəticəsində ona 9 min manat ziyan dəydiyini bildirib.

Sakinlərin sözlərinə görə, elektrik dirəklərinin qəzalı vəziyyətdə olması barədə aidiyyəti qurumlara dəfələrlə müraciət edilib.

Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsindən bildirilib ki, transformator kənd məktəbinin balansındadır. Məktəbə cavabdeh qurum müraciət etdikdən sonra dirəklərin yeri dəyişdirilə bilər.

Sona Rəşidova kompensasiya tələb edir. Kənd sakinləri isə mövcud təhlükənin aradan qaldırılmasını istəyirlər.

 

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki