Gəncədə 43 yaşlı qadın dəm qazından zəhərlənib.
Referans Media xəbər verir ki, Metbuat.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
1983-cü il təvəllüdlü Təranə Əlizadə dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib. Vəziyyətinin stabil olduğu bildirilir.
