Xəbər verdiyimiz kimi, ötən gecə Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib.
Referans Media xəbər verir ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 35 yaşlı İsmayılov Vasif Bəhruz oğlu vəfat edib. O, İkinci Ərəbcəbirli kənd sakini olub. Dünyasını dəyişən şəxs ailəli idi.
Qeyd edək ki, qəza zamanı onun həmyaşıdı Nurlan Cəbrayılov da xəsarət alıb.
Metbuat.az ölən şəxsin fotosunu təqdim edir.
