image-ayi-sudabackend

Ayı ABŞ hərbçilərinə hücum etdi: yaralılar var

ABŞ-ın Alyaska ştatının Ankoric şəhərində fəaliyyət göstərən Elmendorf-Riçardson hərbi bazasında iki əsgər qonur ayının hücumuna məruz qalaraq yaralanıb.

Referans Media  xəbər verir ki, hadisə aprel ayının 16-da hərbi bazaya aid Arktik-Velli ərazisində səmtləşmə təlimləri həyata keçirilərkən qeydə alınıb.

Hərbçilər heyvanın hücumundan qorunmaq və özlərini müdafiə etmək üçün bibər qazı tətbiq ediblər.

Yaralanan hərbi qulluqçuların hazırda səhhəti haqqında hələlik dəqiq bir məlumat verilməyib.(oxu.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki