AZAL-ın Naxçıvana reysləri bərpa edildi

Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib.

Referans Media  xəbər verir ki, hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir.

Eyni zamanda, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin etmək məqsədilə zəruri əməliyyat qərarlarını qəbul edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki