İran
İslam Respublikasının Strateji Xarici Siyasət şurasının sədri Kamal Xarrazi Ermənistandan
gələn nümayəndə heyəti ilə görüşündə sərt bəyanatla çıxış edib. O, Ermənistanla-Azərbaycan
arasında nəzərdə tutulan nəqliyyat dəhlizini ABŞ şirkətlərinin investisiya və
idarəçilik formatında qoşulmalarına qarşı olduqlarını bildirib.
Politoloq
Məhəmməd Əsədullazadə Referans-a açıqlamasında İranın bu yanaşması haqda
danışıb.

“Azərbaycan
və Ermənistan arasında sülh mətninin paraflanması, təbii ki, İranı çox ciddi
narahat etdi. İran Prezidenti və onun komandası bunu alqışlasa da, amma mühafizəkar
dairə, İran dövləti konkret olaraq prosesə qarşı çıxdı. Zəngəzur dəhlizi ilə
bağlı üçüncü ölkələrin regiona gəlməsi ilə bağlı məsələlərə provakativ don
geyindirməyə çalışırlar. İran regionda geosiyasi dəyişikliyi qəbul etmir. İran
Azərbaycan və Ermənistan arasında sülh sənədinin imzalanmasını qəbul etmir.
Çünki uzun müddət Ermənistanın əli ilə Azərbaycana İranda vəkalət bölgüsü aparıb.
Proses bunlardan ibarətdir”.
Politoloq
İranın bu məsələyə hansısa ciddi müdaxiləsinin olacağını düşünmür. Buna səbəb
olaraq isə İranın artıq əvvəlki gücündə olmamasını göstərir.
“İsrail-İran
müharibəsi yeni müstəviyə daxil olur. Hər an bu müharibə baş verə bilər. İran
sadəcə olaraq Zəngəzur dəhlizindən istifadə edə bilər. Məsələn, İranın keçmiş
Xarici işlər naziri Cavad Zərəf məqaləsində qeyd edib ki, İran bundan
faydalanmalıdır, nəinki düşmən mövqe tutmalıdır. İran prezidenti cənab Məsud
Pezeşkian İrəvana səfər etdi. Düşünürəm ki, onun da Zəngəzur dəhlizi məsələsinə
münasibəti müsbətdir. Sadəcə olaraq, İranda mühafizəkar dairəsi və İranın ali dini
rəhbəri Xamnei sülhə qarşı çıxır”.
Fidan
Vəlisoy






















