backend

Azərbaycan daha bir mühüm qələbə qazandı – Abovyan

“Dağlıq Qarabağın institusional məsələləri ilə məşğul olan yeganə beynəlxalq qurum – ATƏT-in Minsk qrupu bu gündən fəaliyyətini dayandırdı. Bu, Azərbaycan üçün xüsusi tələb idi və Minsk qrupunun ləğvi onların böyük qələbəsi hesab oluna bilər”.

Referans Media xəbər verir ki, bu fikirləri sabiq erməni deputat Arman Abovyan deyib.

“Azərbaycan üçün Minsk qrupunun fəaliyyətini tamamilə dağıtmaq həyati əhəmiyyət daşıyırdı. Bu isə “Qərbi Azərbaycan” layihəsinin reallaşdırılması üçün yeni imkanlar açır.

Bu kontekstdə qeyd etməliyəm ki, Ermənistanın hazırkı hakimiyyəti yenə də Azərbaycan tərəfinin Minsk qrupunun ləğvi ilə bağlı tələbini tam şəkildə qəbul edib.

Sadəcə anlamıram, rəsmi İrəvan nə qədər türkyönlü və ya təkəbbürlü olsa da, necə başa düşmür ki, Minsk qrupunun ləğvi sülhə ziddir?” – A.Abovyan qeyd edib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu keçmiş Qarabağ münaqişəsini uzadan əsas aktorlardan biri idi./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki