İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər

İspaniya Superkuboku gələcəkdə Azərbaycanda keçirilə bilər.

Referans Media  xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) baş direktoru Manuel Lalinde danışıb.

O bildirib ki, 2027-ci ildə Səudiyyə Ərəbistanında Asiya Kuboku keçiriləcəyi üçün alternativ variantlar axtarırlar. 

Federasiya rəsmisi hazırda bir çox ölkələrdən təklif aldıqlarını da sözlərinə əlavə edib: “Gözlədiyimizdən daha çox maraq və qəbul gördük, aldığımız təkliflər də bizi xeyli təəccübləndirdi. ABŞ, Çin, Azərbaycan, Mərakeş və Qətər kimi ölkələrdən təkliflər almışıq.

Xüsusilə ABŞ-dan gələn maraq diqqətçəkən idi. Oradan dünya çempionatı ilə əlaqəli, çox ciddi təkliflər daxil olmuşdu”./qafqazinfo.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki