image-kubok88backend

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Futbol üzrə Azərbaycan Kubokunda bu gün ilk finalçı müəyyənləşəcək.

Referans Media  xəbər verir ki, yarımfinalın cavab oyununda “Turan Tovuz” “Zirə”nin qonağı olacaq.

Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək. Görüşün baş hakimi Əli Əliyev olacaq.

İlk görüşdə “Zirə” iki cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. “Sabah” “Qarabağ”ı (ilk oyun – 2:2) qəbul edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki