image-kafe-partlayisbackend

Azərbaycanda kafedə partlayış: Ölən var

Yevlax rayonunda ölümlə nəticələnən partlayış hadisəsi baş verib.

 

Referans Media  Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsi ərazisindəki kafelərdən birində baş verib.

 

Hadisə zamanı kafedə qaz balonu partlayıb. Partlayış nəticəsində orada olan Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Ruslan Şirin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yevlax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilən R.Sadıqov orada ölüb.

 

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki