Avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi müəyyən olunub.
Referans Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklərdə əks olunub.
Layihəyə əsasən, dövlət rüsumunun məbləği 20 manat (AZN) müəyyən edilib.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
