Toydan cəmi 20 gün sonra sürpriz xəbər: Məşhur müğənni ilk körpəsini gözləyir

Dünya musiqisinin tanınmış simalarından Dua Lipa ilə aktyor Kallum Terner haqqında yeni iddia gündəmə gəlib. Məlumata görə, cütlük ilk övladlarını qarşılamağa hazırlaşır.

Referans Media xəbər verir ki, qısa müddət əvvəl Londonda keçirilən özəl mərasimlə münasibətlərini rəsmiləşdirən məşhur cütlük bu dəfə ailələrini böyütmək xəbəri ilə diqqət mərkəzinə düşüb.

İddialara əsasən, Dua Lipa hamiləliyin ilkin mərhələsindədir və cütlük bu sevincli xəbəri yaxın çevrəsi ilə bölüşüb.

Toy və bal ayı görüntüləri ilə son günlər maqazin gündəmini zəbt edən cütlüyün valideyn olacağı xəbəri sosial şəbəkələrdə də geniş rezonans doğurub.

Hələlik nə Dua Lipa, nə də Kallum Terner tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Buna baxmayaraq, xəbərin yayıldığı andan etibarən cütlüyün pərəstişkarları təbrik mesajları paylaşmağa başlayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki