2026 FIFA Dünya Kubokunda Lionel Messi yenidən diqqət mərkəzinə düşüb. Argentina millisinin Əlcəzair üzərində 3:0 hesablı qələbəsində het-trik edən ulduz futbolçu ilə bağlı maraqlı detal ortaya çıxıb.
Referans Media xəbər verir ki, Messi oyunda fərqli rəngli butslarla meydana çıxıb və bunun səbəbi komanda yoldaşlarının onu meydanda daha rahat seçə bilməsidir. Bildirilir ki, yüksək tempdə keçən epizodlarda futbolçular Messinin yerini daha tez müəyyən etmək və hücumları daha effektiv qurmaq üçün bu üsuldan yararlanırlar.
Matçdan sonra bu detal sosial şəbəkələrdə də geniş müzakirə olunub. Azarkeşlər bunun xüsusi taktiki yanaşma olduğunu iddia edərək Messinin oyuna təsirinin detallarına diqqət çəkiblər.
Əlcəzair qarşısında üç qolla parlayan Messi isə bir daha göstərib ki, Dünya Kuboku səhnəsində hələ də Argentina millisinin əsas güc mərkəzlərindən biri olaraq qalır.
