image-qatar1backend

Bakı-Ağstafa-Bakı qatarı üzrə endirimli qiymətlə əlavə reyslər təyin edildi – CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 17, 18, 24 və 25 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində endirimli qiymətlərlə əlavə qatar reysləri təyin edib.

ADY-dən Referans Media-ya verilən məlumata görə, 5 yanvar 2026-cı il tarixindən etibarən Bakı–Ağstafa–Bakı ekspres tipli qatar biletinin qiymətinə 10 faiz endirim tətbiq olunur.

Eyni zamanda, bu marşrut üzrə nəzərdə tutulmuş 23 kiloqramlıq pulsuz baqaj normasından əlavə 10 kiloqrama qədər yükün daşınması üçün rüsum 40 manatdan 20 manata endirilib.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki