Bakının ekoloji vəziyyəti hazırda necədir? İnsanların sağlamlığı üçün nə dərəcədə risk var?
Mövzu ilə bağlı iqlim məsələləri üzrə ekspert, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Referans-a açıqlamasında bildirib ki, Bakının ekoloji vəziyyəti hər dəfə dəyişir. Deyək ki, misal üçün Badamdar qəsəbəsi tikiləndən orda ekosistem pozuldu. Yabanı, vəhşi aləmdə nə var idisə, kəklik dovşan, tülkü, çaqqal hər biri itdi getdi. Bakının ekoloji vəziyyəti budur. Bakının ekoloji vəziyyəti Bakı böyüdükcə, Abşeron yarımadası şəhərə çevrildi. Şəhərə çevrildikcə də ətraf mühit dəyişdi. Yəni coğrafiya tamamən dəyişdikcə ekologiya da dəyişir. Ekoloji vəziyyət dedikdə yəqin ki, havanın kirliliyini nəzərdə tutursunuz. Amma havanın önəmindən daha önəmli təbiətin dəyişdirilməsi, mikro aləmin dəyişdirilməsi biomüxtəlifliyin məhv olmasını önə çəkilməlidir. Nə yazıq ki, Bakıda bu var.
Ekspert hesab edir ki, hazırda Bakı dünyanın normal yaşanacaq şəhərlərindən biridir. Sadəcə biz stress içərisindəyik. Çünki Bakı şəhərində nəqliyyat infrastrukturun düzgün qurulmaması, inşaat, memarlığınındakı nöqsanlar nəticəsində şəhərin 2 giriş və çıxışı var. Ona görə hər gün şəhərdə tıxacdır. Bakının ortasında Cavanşir körpüsünü ləğv etməklə, Yusif Səfərov küçəsini bir tıxac mənbəyinə çevirdilər.
Ekspert onu da vurğulayıb ki, bu gün Bakıda biz ekologiyadan daha çox insanların stresindən danışa bilərik. İnsanlar Bakıda çox stress yaşayır. Naşı memarların, yanlış nəqliyyat və infrastruktur quranların burada çox təqsiri var.
“İnsanların sağlamlığı üçün əsas risk Bakı şəhərindəki tıxaclardır. Əsas problemi o yaradır. Bu da insanlarda əsəb oyadır. İnsanlar gedib evlərində insultdan qırılıb gedirlər. Simvolik mənada qırılıb gedirlər deyirəm. Yəni şəhərin vəziyyəti budur”, – deyə ekspert qeyd edib