Bakı-Tiflis qatarı: 81 manata nələr daxildir?

Azərbaycan vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan ilə Gürcüstan arasında 25 may saat 00:00-dan dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxışına icazə verilib. 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək. 

Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edəcək qatarlarda gedişhaqqı 81 manat təşkil edəcək. Bəs qatarda plaskart, SV və kupenin qiyməti neçədir? Həmin 81 manata menyu da daxildirmi?

Referans Media  xəbər verir ki ,məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarından "Cebheinfo.az"-a bildirilib ki, bu qatarlar komfort sinfə aiddir: 

"Yeni qatarlarda plaskart yoxdur. Xidmətlər haqqında əlavə məlumat veriləcək".

"Hər kupedə şəxsi əşyalar üçün kart sistemi ilə çalışan seyf, elektrik yuvaları, internet, dörd dildə məzmunun təqdim edildiyi TV monitor, pult və qulaqlıq yerləri mövcuddur".

Bu sözləri APA-ya müsahibəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

O qeyd edib ki, sərnişinlərə həmçinin təmiz yataq dəsti və səfər paketi, duş kabinəsi, multimedia və internet xidmətləri də təqdim olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki