Bakıda 21 yaşlı oğlan bıçaqlandı

Bakıda 21 yaşlı oğlan bıçaqlanıb.

Referans Media xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi və xəsarətin kim tərəfindən yetirildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki