Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
Referans Media Bizim.Media-nın yerli bürosuna istinadən xəbər verir ki, qəza şəhərin N. Nərimanov prospektində, Göz xəstəxanasının yaxınlığında, yol ayrıcında baş verib.
Şahidlərin sözlərinə görə, hərəkətdə olan “Tofas Sahin” və “Saipa Saina” markalı avtomobillərin toqquşması zamanı hər iki avtomobil zərbənin təsirindən yol kənarına çırpılıb.
Hadisə zamanı avtomobillərə ciddi ziyan dəysə də xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qəza baş verən əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
