Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər. 

Referans Media xəbər verir ki, Parisdə keçirilən icazəsiz aksiyalar zamanı talançılar zəbt etdikləri məkanlardan birindən məşhur futbolçu Lionel Messinin imzası olan formasını və kapitanlıq sarğısını oğurlayıblar. 

Şəbəkələrdə maskalı şəxslərin həmin dəyərli idman atributları ilə görüntüləri yayılıb.  

İğtişaşçılar Parisin Sent-Onore, Yelisey Sahələri və Moncen xiyabanındakı lüks butiklərə, o cümlədən Céline, Louis Vuitton, Apple Store, Hugo Boss və Decathlon kimi brendlərin obyektlərinə basqın edərək böyük maddi ziyan vurublar.

Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, toqquşmalar və marodyorluq halları təkcə Parisdə deyil, Lion, Bordo, Lill və Limoş şəhərlərində də qeydə alınıb. Ölkə üzrə saxlanılanların sayısı 2 000 nəfəri keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki