“Hamı məktəbə yeni formada getməlidir” - Aşıq Samirə

Aşıq Samirə Əliyeva son günlər müzakirələrə səbəb olan məktəbli formasından danışıb.

Referans Media xəbər verir ki, o, bu barədə 106.3 FM-də qonaq olarkən danışıb. S.Əliyeva bildirib ki, övladları məktəbli forması ilə bağlı qaydalara hər zaman riayət edib:

“Qızım məktəbdə oxuyanda da, indi də oğlum məktəbli forması geyinir. Övladlarımı dövlət məktəbinə göndərmişəm. Nə qərar verilibsə, həmin formanı da almışıq. Hər ailənin fərqli sosial vəziyyəti var, varlısı da, kasıbı da. Uşaq məktəbdə bu fərqi görməməli, ayrı-seçkilik hiss etməməlidir.

Biz hamımız bu vətənin övladları, şagirdləriyik. Aramızda varlı-kasıb fərqi olmamalıdır. İmkan valideynə məxsusdur, uşaqlar bunu düşünməməlidir. Məktəbdə uşaq kiminsə brend, kiminsə ucuz geyim geyindiyini hiss etməməlidir”./Axşam.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki