Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Rusiya Federasiyasının Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqazın mərkəzində şəxslər arasında münaqişə baş verib. 

Referans Media xəbər verir ki, Mash Gor və Shot Telegram kanallarının yaydığı məlumata görə, insident zamanı silahdan istifadə olunub.
 

İlkin məlumatlara görə, baş verən atışma və dava nəticəsində məşhur qarışıq döyüş sənəti (MMA) döyüşçüsü İbrahim "Nikaxo" İslamsel yaralanıb. O, ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.


Hadisə zamanı üç nəfərin iştirak etdiyi bildirilir. Hüquq-mühafizə orqanları bütün iştirakçıların şəxsiyyətini müəyyənləşdirib. Zorakılıqda şübhəli bilinən 27 yaşlı bir nəfər saxlanılıb, hadisənin səbəbləri araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki