Tibb təhsili olmayan kosmetoloqun apardığı estetik prosedurla bağlı klinika 29 min manat cərimələnib.
Referans Media Xəzər TV-yə istinadən bildirir ki, Bakıda tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, "Kristal Estetik" klinikasında həyata keçirilən gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulub. Baş prokurorluğa daxil olmuş müraciəti əsasında araşdırma aparılıb.
Məhkəmənin qərarları ilə klinika ali təhsili olmayan kosmetoloqun apardığı estetik əməliyyata görə 29 min manat cərimələnib.
Ali tibb təhsilinin olmadığı bildirilən direktor Aytəkin Musayeva isə cərimədən xəbərsiz olduğunu, heç bir estetik əməliyyat icra etmədiyini bildirdi.
İş günün sonunadək gözləsək lisensziyanın sürəti göndərilmədi. Aytəkin Musayeva tibb təhsiliniz varmı sualını isə cavablandırmaqdan imtina etdi.
Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirildi ki, "Kristal Estetik" MMC-nin "Kosmetoloji" iş üzrə ambulator tibbi xidmətlərin göstərilməsi üçün icazəsi var. Qurumdan Aytəkin Musayevanın tibb təhsilinin olub-olmadığı ilə bağlı suala isə cavab verilmədi.
Daha ətraflı videomaterialı təqdim edirik:
