Bakıda DƏHŞƏT: ər arvadını öldürdü -YENİLƏNİB

Bakıda ər arvadını öldürüb. 

Referans Media Lent.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Soltanov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar aparılır.

***

11:58

Bakıda qətl hadisəsi olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində baş verib.

48 yaşlı Soltanova Mədinə Hüseynqulu qızı yaşadıqları evdə qətlə yetirilib. 

Onun həyat yoldaşı tərəfindən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı öldürüldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki