Anım günündə konserti yayımlanan müğənni ÜZR İSTƏDİ

Məşhur erməni müğənnisi Tata Simonyan 44 günlük müharibənin başlamasının altıncı ildönümündə, 27 sentyabrda İctimai Televiziya Şirkətində (PBC) konsertinin yayımlanmasına görə üzr istəyib.

Referans Media xəbər verir ki, o, “Belə bir gündə bayram konsertinin yayımlanması ciddi və bağışlanmaz səhvdir”,-deyib.

27 sentyabr axşamı İctimai Televiziya Şirkəti (PBC) Tata Simonyanın "Festivar" konsertini yayımlayıb və bu, sosial mediada qəzəb fırtınasına səbəb olub.

"Mən hər şeyi başa düşürəm və tamamilə razıyam. Bu konsertin 27 sentyabrda yayımlanması qəbuledilməz idi", - deyə sənətçi sosial media səhifəsində bildirib.

O, həmçinin qeyd edib ki, konsert İctimai Yayım Şirkətinin mülkiyyətidir və material onun razılığı olmadan istifadə edilib.

"Baş verənlərə görə üzr istəyirəm, amma sizə konsertin İctimai Yayım Şirkətinin mülkiyyəti olduğunu bildirməyi vacib hesab edirəm. Material mənim razılığım olmadan istifadə edilib. Həmin gün konsertin yayımlanmasını ağır və bağışlanmaz bir səhv hesab edirəm. Həlak olanların xatirəsi qarşısında baş əyirəm", - deyə Simonyan yazıb.

Qeyd etmək lazımdır ki, 27 sentyabrda həlak olmuş əsgərlərin qohumları, Ermənistan parlamentinin müxalifət üzvləri, Yerablur hərbi panteonuna baş çəkiblər. Ermənistan hökuməti matəm günü ilə bağlı heç bir açıqlama verməyib./ “Cebheinfo.az”/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki