Bakıda doğuldu, əvvəlcə nazir, sonra separatçı oldu… – Dünən öldü

SSRİ-nin sonuncu geologiya naziri, separatçı erməni Qriqori Qabrielyants 93 yaşında vəfat edib.

Referans Media  bildirir ki, erməni mediasının məlumatına görə, o, noyabrın 22-də Moskvada ölüb.

1934-cü ildə Bakıda anadan olan Qabrielyants Azərbaycan Sənaye İnstitutunu bitirib. O, 1989-cu ildə SSRİ-nin geologiya naziri təyin olunub və Sovet İttifaqı dağılana qədər bu vəzifədə çalışıb.

2011-ci ildən Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərinə qədər Qarabağda yaşayıb və qondarma qurumun rəhbərinin “müşaviri” vəzifəsini tutub./Globalinfo.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki