Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraqdar Qızılalma” ölkənin Silahlı Qüvvələrinin (TSK) inventarına daxil edilib. Dünyada bu addımı atan ilk ölkə olduq. Bu qüruru xalqımıza yaşadan hər kəsi ürəkdən təbrik edirəm.
Referans Media Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən hökumət iclasından sonra təşkil olunan brifinqdə deyib.
“Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik. Bu sahədə tam müstəqil dövlətə çevrilənə qədər yorulmadan işləməyə davam edəcəyik”, – Ərdoğan qeyd edib.
