Ermənistan bu ölkələrdəki səfirlərini geri çağırır

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan 13 ölkədəki səfirlərin geri çağırılması ilə bağlı fərman imzalayıb.

Referans Media xəbər verir ki, müvafiq sənədlər prezidentin rəsmi saytında dərc olunub.

Geri çağırılan diplomatlar arasında Bolqarıstan, İsrail, Yunanıstan, Niderland, Kanada, Kuba və digər ölkələrdə fəaliyyət göstərən səfirlər, həmçinin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı yanında daimi nümayəndə və Ermənistanın NATO-dakı missiyasının rəhbəri var./publika.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki