Rutte müharibə xəbərdarlığı etdi: Hər kəsi hazırlaşmağa çağırdı

NATO-nun baş katibi Mark Rutte alyansa üzv ölkələrin vətəndaşlarını, biznes strukturlarını və hökumətlərini mümkün hərbi münaqişə ssenarisinə hazır olmağa çağırıb.

Referans Media xəbər verir ki, Rutte bu fikirləri Berlində NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı səsləndirib. O, mümkün müharibə şəraitində cəmiyyətin bütün sahələrinin fəaliyyətini davam etdirməsinin vacibliyini vurğulayıb.

Baş katibin sözlərinə görə, hazırlıq yalnız hərbi qüvvələrlə məhdudlaşmamalı, mülki infrastrukturu da əhatə etməlidir. Elektrik enerjisinin təchizatı, xəstəxanaların fəaliyyəti, nəqliyyat sisteminin və rabitə şəbəkələrinin fasiləsiz işləməsi xüsusi əhəmiyyət daşıyır.

Rutte qeyd edib ki, NATO ölkələri mümkün böhran və münaqişələr zamanı dövlət xidmətlərinin və əsas infrastrukturun fəaliyyətini qorumaq üçün qabaqlayıcı tədbirlər görməlidirlər./globalinfo.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki