image-image_940x_69f1f63b873ff-1backend

Bakıda evinin önündə maşın saxlayanlar CƏRİMƏ OLUNACAQ

Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur.

Referans Media bildirir ki, mövzu ilə bağlı deputat Tahir Rzayev Ajans.az-a açıqlama verib.

O bildirib ki,  həyət evlərinin qarşısındakı sahələr həmin evin sahibinə məxsusdursa, onun hüququ sənədi varsa, əlbəttə ki, orada maşını da saxlaya bilər,  müəyyən başqa tədbirlər də görə bilər. Ancaq yox, həyət evinin qarşısındakı sahə ona aid deyilsə, əlbəttə ki, onun orada hansısa bir tikinti, ya qaraj tikilməsi, yaxud başqa tədbirlər həyata keçirilməsi qadağandır. Çünki o torpaq ona məxsus deyil.

O torpağı əgər özəlləşdirirlərsə, sözsüz ki, orada müəyyən tədbirlər həyata keçirilə bilər. Həmin sahələrdə bələdiyyələrə məxsus torpaq sahələri olur. Çünki həyətyanı torpaq sahələri nəzarəti xüsusi mülkiyyətdir və bunun da müəyyən qədər vergisini bələdiyyələr alırlar.

“Və sözsüz, orada indi bəziləri deyirlər ki, gül əkək, ağac əkək, onları müəyyən qədər yaşıllaşdıraq. Bu da, əlbəttə ki, razılaşdırılmalıdır. Ola bilsin ki, orada hansısa bir ağac, gül əkilə, ancaq sonradan  həmin sahənin mülkiyyəti ilə bağlı başqa tədbirlər görüləcək. Ondan sonra çətinliklər yarana bilər. Amma orada yaşıllaşdırma aparılırsa, elə bilirəm ki, buna heç kim sədd qoya bilməz. Ancaq bələdiyyələrlə mütləq razılaşdırılmalıdır.”-deyə, millət vəkili qeyd edib.

 

Ancaq avtomobillərin saxlanılması, üçün xüsusi yerlər olmalıdır. O ərazilər bələdiyyələrə məxsus olarsa, bələdiyyələr həmin şəxslər üçün imkan yaratsınlar. O ərazilərdə   bir çox torpaqlar var ki, orada maşın saxlamaq mümkündür. Əgər maşın çöldə saxlanılarsa, bir hadisə bir qəza baş verə bilər. Onda bu məsuliyyət yaradır. Bu baxımdan maşınların şəxsi həyətyanı ərazidə saxlanması məsləhətdir.

Onun sözlərinə görə, vətəndaşlar qanunların aliliyini qorumalıdır. Əksər dövlətlərdə bu qaydalar tətbiq olunur. 

“Biz də müəyyən qaydada bu qanunlara müraciət etsək, görərik ki, yerli-yersiz anlaşılmazlıqlar yaranır. Ancaq hüquqi qaydada əsaslandıranda görürük ki, qanunun aliliyi hər şeyi öz yerinə qoyur və zəmanət verir ki, insanlar qanunlara əməl etməklə öz həyat şəraitlərini yaxşılaşdırsınlar.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki