Sabirabad rayonunun Ulacalı kəndi ərazisində Kür çayında suyun səviyyəsinin yüksəlməsi müəyyən fəsadlar yaradıb.
Referans Media Trend-ə istinadla xəbər verir ki, son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində çayda suyun artımı davam edir.
Bu səbəbdən Ulacalı və Qruzma kəndlərini birləşdirən ponton körpü yararsız vəziyyətə düşüb. İntensiv yağışlar nəticəsində körpünün bir hissəsi suyun altında qalıb.
Nəticədə kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti məhdudlaşıb.




















