Naxçıvan duzunun istehsalı bərpa olunub
Duzdağ massivində yerləşən 5 nömrəli duz mədənində texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri bərpa və gücləndirmə işləri həyata keçirilib.
“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində daş duzun çıxarılması, emalı və qablaşdırılması istiqamətində fəaliyyət bərpa olunub.




















