Bakıda avtomobil piyadanı vurub.
Referans Media xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
Zibil tullantılarını yığan yük maşını 84 yaşlı Məmmədov Alman Davudoviçi vurub. Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır./Lent.az
