“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC-də yeni təyinat olub.
Referans Media xəbər verir ki, bununla bağlı “AzInTelecom”un Baş direktoru Elxan Əzizov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ağarza Dadaşov “AzInTelecom”un Kibermüdafiə şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
O, yeni təyinatadək Kibertəhlükəsizlik mühəndisliyi bölməsinin rəhbəri olub. A.Dadaşov 2021-ci ildən “AzInTelecom” çalışır./İqtisadiyyat.az/
