Bakıda güclü yanğın – YENİLƏNİB+FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.

Referans Media  xəbər verir ki, yanğın Orxan İsmayılov küçəsində, yerləşən yanacaq çənində baş verib.

Hadisə yerində polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülüb.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki