Ölkədəki bütün köhnə telefonlar YIĞILIR - İçindən kilolarla qızıl çıxarılır

İngiltərə Dövlət Zərbxanası (Royal Mint) köhnə elektron cihazlardan qiymətli metalları geri qaytarmaq üçün xüsusi texnologiyadan istifadə edir. Müəssisənin qurduğu emal xətti ildə təxminən 4 min ton elektron tullantını emal edir və bu prosesdən təxminən 400 kiloqram qızıl əldə olunur.

Referans Media  xəbər verir ki, köhnə mobil telefonların elektron lövhələrində az miqdarda da olsa qızıl, mis və tantal kimi qiymətli metallar yerləşir. Məlumata görə, İngiltərə Mərkəzi Bankının ofislərindən toplanan köhnə telefonların hər birində orta hesabla 30 milliqram qızıl olub. Müasir smartfonlarda isə bu göstərici təxminən 4 funt sterlinq dəyərində qızıla bərabərdir.

Royal Mint ənənəvi üsullardan fərqli olaraq qızılı yüksək temperaturda əritmir və güclü turşulardan istifadə etmir. Kanadanın Excir şirkətinin patentinə əsaslanan xüsusi kimyəvi məhlul qızılı otaq temperaturunda elektron komponentlərdən ayırır.

Üstəlik, istifadə edilən kimyəvi məhlul növbəti partiyalarda yenidən istifadə oluna bilir. Bu da prosesi daha səmərəli edir.

Köhnə cihazlardan əldə edilən saflaşdırılmış qızıl Royal Mint tərəfindən yenidən istifadə olunur. Zərbxana bu qızıldan “886” adlı xüsusi zinət əşyaları kolleksiyasının hazırlanmasında yararlanır.

Elektron tullantıların emalı həm qiymətli metalların itkisinin qarşısını alır, həm də ətraf mühitə zərərli maddələrin yayılmasını azaltmağa kömək edir./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki