Türkiyədə azərbaycanlı kişinin meyiti tapılıb.
Referans Media yerli mediaya istinadla xəbər verir ki, hadisə İstanbulun Qaziosmanpaşa rayonunda qeydə alınıb.
Mənzildən gələn pis qoxu hiss edən qonşular polisə məlumat veriblər. Əraziyə gələn polis əməkdaşları mənzilə daxil olarkən Azərbaycan vətəndaşı Rövşən Zeynalovun meyitini aşkar ediblər. Psixoloji problemləri olduğu iddia edilən bacısı Mətanət Zeynalov isə yataq otağında yatarkən tapılıb. Qadının təxminən bir həftə ərzində qardaşının meyiti ilə eyni evdə yaşadığı müəyyən edilib.
Mənzildə aparılan ilkin baxış zamanı qan izlərinə də rast gəlinib. Rövşən Zeynalovun meyiti ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb.
Polis şübhəli ölümlə bağlı araşdırmaya başlayıb.
