“Pulu olsa, aliment də verər” – İcra məmurunun qəribə cavabı

Sumqayıt şəhəri, Stansiya Sumqayıt, ev 45 ünvanında yaşayan Şirməmmədova (Məmmədova) İradə Etibar qızı tərəfindən şikayət ərizəsi daxil olub.

O ərizəsində bildirir ki, Sumqayıt Şəhər Məhkəməsinin 28.09.2015-ci il tarixli qətnaməsi ilə Məmmədov Azad Fərhad oğlu ilə bağlanan nikah pozularaq, birgə nikahdan doğulmuş 02.11.2010-cu il təvəllüdlü Məmmədli Leyla Azad qızının onun yanında qalması qət edilib. Həmin məhkəmənin 28.03.2016-cı il tarixli, 2(060)-3723/2016 saylı qətnaməsi ilə Məmmədli Leyla Azad qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Məmmədov Azad Fərhad oğlundan hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq qızın anasına ödənilməsi qərara alınır.

Referans Media "Bakupost" istinadən xəbər verir ki, amma borclu Məmmədov Azad Fərhad oğlu alimenti və 3000 (üç min) manat məbləğində aliment borcunu bu günə qədər ödəməkdən yayınıb. Bu işdə icra məmurları da öz qanuni vəzifələrini yerinə yetirməməklə dolayı yolla borclunun məsuliyyətdən yayınmasına kömək edirlər.


Qətnamənin icrası Sumqayıt İcra və probasiya şöbəsinin icra məmuru Samir Məmmədovun icraatında olsa da, o, qətnamənin icra vəziyyəti ilə maraqlanmır.

Şikayətçi məcbur qalaraq 20.05.2026-cı il tarixdə Ədliyyə Nazirliyinin Qaynar xəttinə şikayət etsə də, Samir Məmmədov müxtəlif bəhanələrlə ona cavab verməkdən yayınıb. Belədə, 3000 manata yaxın aliment borcunu ödəməyən borclu barədə nə inzibati həbs, nə də cinayət işi başlanması ilə bağlı təqdimat vermir:

“Əksinə, mənə deyir ki, “pulu olsa verər də”. Dövlət büdcəsindən maaş alan icra məmuru qətnamənin icrasını tələb edən tələbkara belə deyirsə, borcludan nə gözləyə bilərik? Ümumiyyətlə, belə icra məmuruna nə ehtiyac var? Bu vəziyyət məndə haqlı olaraq müəyyən suallar və şübhə yaradır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki