1858-ci ildə İrlandiya ilə Kanadanın Nyufaundlend adasını birləşdirən ilk transatlantik teleqraf kabeli böyük texnoloji uğur kimi tarixə düşsə də, fəaliyyətə başladıqdan cəmi bir neçə həftə sonra sıradan çıxıb. Kabelin nasazlığı iki qitə arasında yeni qurulan rabitəni qəfil dayandırıb.
Referans Media xəbər verir ki, layihə Nyu-Yorklu sahibkar Cyrus West Fieldin rəhbərliyi ilə hazırlanıb. Kabelin layihələndirilməsi zamanı mühəndislər arasında fikir ayrılığı yaranıb. Daha qalın mis nüvənin istifadəsini təklif edən William Thomsonun əvəzinə daha yüngül konstruksiyaya üstünlük verilib.
Kabelin çəkilməsi də asan olmayıb. 1857 və 1858-ci illərdəki ilk cəhdlər kabelin qırılması səbəbindən uğursuz olub. Nəhayət, 29 iyul 1858-ci ildə kabel okeanın ortasında birləşdirilib və iki gəmi onu müxtəlif istiqamətlərdə sahilə aparıb.
Kabelin uğurla işləməsindən sonra 16 avqust 1858-ci ildə Böyük Britaniya kraliçası Viktoriya ilə ABŞ prezidenti James Buchanan arasında rəsmi mesaj mübadiləsi aparılıb.
Kraliçanın 98 sözdən ibarət mesajının ötürülməsi təxminən 16 saat çəkib. Buna baxmayaraq, həmin dövr üçün bu, iki qitə arasında rabitə baxımından böyük texnoloji sıçrayış sayılırdı.
Kabel fəaliyyətini dayandırana qədər ümumilikdə 732 mesaj ötürülüb. Mesajlardan biri hətta Hindistan üsyanının yatırılmasından sonra Kanada ərazisindəki iki hərbi hissənin göndərilməsi ilə bağlı əmrin dayandırılmasın.
