Bakının Yasamal rayonunda yerləşən hotellərdən birində ölüm hadisəsi baş verib.
Referans Media xəbər verir ki , Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində yerləşən “Jade” hotelində qonaq ölüb.
20-25 yaşlı oğlanın meyiti hotelin nömrələrindən birində tapılıb.
Onun ölüm səbəbinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilib.
İlkin məlumata görə, meyit üzərində xəsarət olmayıb.
Faktla bağlı araşdırma aparılır.
