image-tecilibackend

Bakıda QANLI HADİSƏ: iki qardaş bıçaqlandı

Bakıda iki qardaş bıçaqlanıb.

Referans xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

1989-cu il təvəllüdlü Amil Tağıvev mübahisə zamanı bıçaqla 1987-ci il təvəllüdlü Şahin Mehtiyev və 1986-cı il təvəllüdlü Tofiq Mehtiyevə bədən xəsarətləri yetirib.

Nəticədə xəsarət alan qardaşlar Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki