Bakıda yaşayış binasında yanğın: 22 nəfər təxliyə edildibackend

Bakıda yaşayış binasında yanğın: 22 nəfər təxliyə edildi

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 46kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10kv.m sahədə yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 4-ü uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki