Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdıbackend

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

  Bu gün gecə saatlarında Bakı–Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.

Referans xəbər verir ki, bu barədə Oxu.Az-a təyyarədə olan sərnişin məlumat verib.

Sərnişinin iddiasına görə, təyyarə qəza vəziyyəti ilə üzləşib, buna görə də, geri dönməli olub.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan istiqamətində planlaşdırılan “J2 257” nömrəli reysi Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti (tufan) səbəbindən geri qayıdıb:

“Sözügedən reys Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək”.

“Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər”, – deyə şöbə rəhbəri əlavə edib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki