Referans Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq dəyişikliklə bağlı qərar imzalayıb.
Qərara əsasən, ümumi köçürmə hallarında, səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə getməlidirlər), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhali köçürüləcək.
Mövcud qanunvericilikdə isə qeyd olunurdu ki, yaranmış vəziyyətdən asılı olaraq əhali bütünlüklə (ümumi köçürmə), yaxud qismən köçürülə bilər. Ümumi köçürmə hallarında, səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə getməlidirlər), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhali köçürülür. Qismən köçürmə zamanı isə əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət sahələrində işləməyən əhali köçürülür.






















