Belqorodda sərnişinlərlə dolu avtobus vuruldu: Ölən və yaralananlar var

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində müəssisə işçilərini daşıyan avtobusa zərbə endirib. 

Referans Media xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində bir qadın ölüb, 9 nəfər yaralanıb.

Həmçinin Rostov vilayətində gecə saatlarında baş verən hücum nəticəsində ölənlərin sayı 5-ə yüksəlib. Vilayətin qubernatoru Yuri Slyusar bildirib ki, xilasetmə işləri zamanı daha iki nəfərin meyiti aşkarlanıb./Modern.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki