KTMT-nin baş katibi: Ermənistanın KTMT-də iştirakına dair qərar verilməlidir

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak perspekivləri ilə bağlı qərar qısa müddətdə qəbul edilməlidir.

Referans Media xəbər verir ki, bunu KTMT-nin baş katibi Talatbek Masadikov deyib.

“Ermənistanın KTMT-də iştirakının perspektivləri ilə bağlı qərarın məqbul müddətdə qəbul edilməli olduğunu düşünürük”, - deyə Masadıkov bildirib.

Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralından KTMT-də iştirakını dondurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki