İran Baş Qərargahı hərəkətə keçdi: Pilotların taleyi ilə bağlı qalmaqallı BƏYANAT!

İran Silahlı Qüvvələri Qətər hakimiyyətini irandakı pilotların taleyinin araşdırılmasına maneələr yaratmaqda ittiham edib.

Referans Media xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahının İtkin düşənlərin axtarışı komitəsinin rəhbəri Məhəmməd Baqirzadə Dohanın Tehranın iddiasına görə Qətərdə saxlanılan iranlı pilotlarla bağlı işin araşdırılmasına engel törətdiyini bildirib.

Baqirzadənin sözlərinə görə, hərbi mütəxəssislərdən ibarət qrup zəruri istintaq hərəkətləri aparmaq üçün artıq bir neçə aydır ki, Qətərə daxil olmaq icazəsini gözləyir. Bundan əlavə, Baqirzadə Küveyti dörd İran vətəndaşının taleyi haqqında məlumatları qəsdən gizlətməkdə günahlandırıb.

İran Baş Qərargahının məlumatına görə, həmin şəxslər ölkəyə dəniz yolu ilə qanunsuz daxil olmağa cəhd edərkən Küveyt hakimiyyəti tərəfindən saxlanılıblar./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki