Müğənni Roza Zərgərli qatıldığı "Uzun sözün qısası" verilişində həmkarı, Xalq artisti Tünzalə Ağayeva ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Referans Media xəbər verir ki, sənətçi Tünzalə Ağayevanı günahlandırmadığını, onunla Gəncədə bir yerdə təhsil aldıqlarını xatırladıb.
Roza həmkarının sənətinə və yaradıcılığına toxunaraq onun belə bir suala cavab verməsini gözləmədiyini deyib:
"Tünzalədə günah görmürəm. Onunla Gəncədə bir yerdə olmuşuq. Mən fortepiano, o isə xor-dirijor fakültəsində oxuyub. Tünzalə xanımın böyük sənəti, yaradıcılığı dünya qlobalına uyğun deyil. Savadlı kadrdan mən elə reaksiya gözləmirdim".
Müğənni Ağayevanın onun üçün yad insan olmadığını vurğulayıb. O, həmkarının həmin suala başqa cür cavab verə biləcəyini düşünür:
"Gərək o sualı Tünzaləyə verməzdilər. O, həmin sualı gözləmirdi. Tünzalə bilmədi ki, nə cavab versin. O, mənə yad adam deyil. Deməli idi ki, müqayisə olunmamalıdır, biz sevinməliyik ki, nümayəndəmiz bu uğura nail olub".
Zərgərli çıxışının sonunda həmkarına və sənət dostlarına münasibətinin müsbət olduğunu da bildirib:
"Hamınıza qarşı ana-bacılarınızdan yaxşı olmuşam".
Sənətçinin açıqlaması sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib./Milli.Az
